Yan 18, 2018 17:38 Asia/Baku
  • Müsəlmanlar fələstinlilərin öz ölkələrinə qaytarılmalarına zəmin yaratsınlar
    Müsəlmanlar fələstinlilərin öz ölkələrinə qaytarılmalarına zəmin yaratsınlar

Fələstin Xalqının İslam İnqilabını Himayə Komitəsi bildirib ki, dünya müsəlmanları və azadlıqsevərləri özlərinin Fələstin ərazilərinin işğalına son qoyulması və Qüdsi-Şərifin azad edilməsi istiqamətindəki səylərini birləşdirərək, bütün Fələstinin onun xalqına qaytarılmasına zəmin yaratsınlar.

Fələstin Xalqının İslam İnqilabını Himayə Komitəsi 19 yanvar- "Qəzzənin qorunması günü" münasibətilə bir bəyanat yayaraq, bildirib: Sionist rejimin 1999-cu ildə Qəzzə zolağının məzlum əhalisinə qarşı vəhşicəsinə cinayətləri elə bir halda törədildi ki, Qərb və muzdur ərəb mediları sionist rejimin törətdiyi cinayətlər və qırğınların dərinliyini senzura edərək, çalışırdılar ki, media blokadası yolu ilə öz vətəndaşlarına bu vəhşicəsinə savaşın reallıqları barədə qeyri-düzgün təsəvvür təqdim etsinlər.

Fələstin Xalqının İslam İnqilabını Himayə Komitəsinin bəyanatında deyilir: İran İslam Respublikası daim Fələstinin məzlum xalqının və müqavimət cərəyanının himayədarı olub, bütün dünyada zorakılar qarşısında məzlumları müdafiə şüarını öz sərlövhəsi qərar veribdir və Fələstin məsələsini və həmin müqəddəs diyarın müsəlmanlarını müdafiəni İslami İran xalqının nigarançılıqlarından hesab edir.

Teqlər