Yan 21, 2018 20:34 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Düşmənin yumuşaq müharibəsi yalan, şayiə və senzura üzərində qurulub
    İslam İnqilabının Böyük Rəhbəri: Düşmənin yumuşaq müharibəsi yalan, şayiə və senzura üzərində qurulub

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 11 yanvar 2018-ci il tarixində bir qrup gənc sənədli film istehsalçıları ilə görüşündən bir gün sonra, onlara xitabən bir bəyanat yayıb, onlara 5 mühüm məsələ barədə tövsiyələr veriblər.

İslam İnqilabının Böyük Rəhbəri öz bəyanatlarında gənc sənədli film istehsalçılarına İnqilabın istiqamətini qorumağı tövsiyə edərək, deyiblər: Texniki oyunlar və profesional məşhurluq işin inqilabçı düzlüyünü və səfasını üstələməməlidir. Sözdə və əməldə başınızı uca tutaraq, inqilabçı mömin olduğunuzu sübut edin.

Həzrət Ayətullahülüzma Xamenei daha sonra deyiblər: Düşmənin yumuşaq müharibəsi yalan, təhrif, şayiə, senzura və baykot üzərində qurulub. Sizin peşəkarlığınız sənədli şəkildə düşmənin səylərini zərərsizləşdirə bilər. Ötən 40 il İran İslam Respublikasının haqlı olmasına və düşmənlərin yanlış yolda olmasına dəlalət edən sənədlərlə doludur.

İslam İnqilabının Böyük Rəhbəri düşmənin əsas məqsədini bədbinlik və ümidsizliyə rəvac vermək adlandırıb və deyiblər: Ölkəmizdə ümidverici məqamlar sonsuzdur. Siz öz işinizlə gerçəkliklərə əsaslanaraq, ümid, şövq və irəliyə doğru hərəkətə səbəb olmalısınız.

Həzrət Ayətullahülüzma Xamenei daha sonra deyiblər: Tənqidə malik olan sənədli filmlər faydalı və zəruridir. Əsərin dili nəsihət dili olmalı və çıxış yolunu göstərməldiri. Tənqid edərkən məyusluğa və ya düşmənçiliyə yol vermək olmaz. Bunun zərərdən başqa heç bir nəticəsi olmaz. Satira dili isə əsərin daha təsirli və anlaşılan olmasına kömək edir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, gənc sənədli film istehsalçılarına xitabən deyiblər: Öz işinizdə Allahın razılığını da nəzərə alın və ondan kömək istəyin.

Teqlər