Yan 25, 2018 19:02 Asia/Baku
  • Zərif: ABŞ və Səudiyyə Ərəbistanı İŞİD-ə silah veriblər
    Zərif: ABŞ və Səudiyyə Ərəbistanı İŞİD-ə silah veriblər

İranın xarici işlər naziri deyib: Terrorçu İŞİD qrupunu silahlandıran ABŞ və Səudiyyə Ərəbistanı olub.

İİR XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində yazıb: Tramp və onunla əlbir olanlar nəqədər ki saxta faktlar istehsal edərlərsə, Səudiyyə Ərəbistanı nəqədər "aydın perspektiv" kampaniyası apararsa və Amerika nəqədər  İŞİD-in məğlubiyyətini öz adına yazmağa cəhd göstərərsə mövcud reallıqları dəyişdirə bilməyəcəklər. 

İranın xarici işlər naziri deyib: İŞİD-i məğlub etmək üçün İraq və Suriyaya yardıma tələsən  İran İslam Respublikası idi və İŞİD-i silahlandıran isə ABŞ və Səudiyyə Ərəbistanı idilər. 

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübəyr İsveçrənin Davus şəhərində ümumdünya iqtisadi forumda etdiyi çıxışında İranın orta şərqdə firqəçiliyi yaydığını iddia edib. 

Teqlər