Yan 26, 2018 14:50 Asia/Baku
  • Ayətullah Xatəmi: İmam Xomeyni(r.ə.) İslam İnqilabının vəsiqəsidir
    Ayətullah Xatəmi: İmam Xomeyni(r.ə.) İslam İnqilabının vəsiqəsidir

Tehranın cümə namazı xitabətçisi Fəcr ongünlüyü ərəfəsində vurğulayıb ki, İran İslam İnqilabı İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-ın adı olmadan mahiyyətsizdir. O, vurğulayıb ki, İmam Xomeyni(r.ə.) İslam İnqilabının vəsiqəsidir.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində qeyd edib ki, əzəmətli İran İslam İnqilabının davam etməsi Həzrət İmam Xomeyni(r.ə)-in göstərişlərinə əməl keçidindən keçməklə olacaq.

Tehranın cümə namazı xitabətçisi İslam İnqilabının Böyük Rəhbəri Ayətullahuluzma Xameneini İmam Xomeyni(r.ə)-in haqlı naibi adlandırıb və bildirib ki, o həzrət İmam Xomeyni(r.ə)-in yolunun davamçısıdır.

Ayətullah Xatəmi İslam İnqilabının Allah-Taalanın İslam dünyasına, xüsusən İran xalqına əta etdiyi böyük nemət olduğunu bildirərək, söyləyib: İslam İnqilabı milli özünəinam, təhlükəsizlik, xalqın öz müqəddaratına hakimiyyəti və istiqlalıyyət nemətini müjdə gətirdi.

Tehranın cümə namazı xitabətçisi həmçinin vurğulayıb ki, böyük İran xalqı keçmişdə olduğu kimi əzəmətli 22 bəhmən yürüşündə iştirak edəcək. O, deyib: İranlılar qanlarının sonuncu damlasınadək öz inqilablarını müdafiə edəcəklər.

Ayətullah Seyid Əhməd Xatəmi düşmənlərin İran xalqına qarşı son fitnəsinə toxunaraq, deyib: Düşmənlər uşaqcasına oyunlarla İran İslam İnqilabına zərbə vurmaq istəyirdilər, amma xalqın həmişəki kimi könüllü yürüşü, onların fitnələrini zərərsizləşdirdi.

Teqlər