Yan 28, 2018 11:31 Asia/Baku
  • Zərif: Avropa əhdini pozmaqla nüvə anlaşmasını qoruya bilməz
    Zərif: Avropa əhdini pozmaqla nüvə anlaşmasını qoruya bilməz

İran xarici işlər naziri deyib: Avropa əhdini pozmaqla İranla nüvə anlaşmasını qoruya bilməz.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif məşhur alman siyasətçi, jurnalist və yazar Yürgen Todenhöferlə müsahibədə deyib: Avropanın əsas mövqeyi nüvə anlaşması haqda yenidən müzakirənin aparılmamasıdır. Bu razılaşmanın bütün müddəalarının tam şəkildə riayət olunmasının zəruriliyini nəzərə aldıqda, Tehranın da gözləntisi Avropanın bu anlaşmaya sadiq qalmasıdır. 

İranın xarici işlə rnaziri həmçinin bildirib: Avropa nüvə anlaşmasının Avropa diplomatiyasının məhsulu olması reallığından faydala bilər. Bu məhsulu tapdalayarsa və onu pozarsa, əslində bu anlaşmanı qoruya bilməmişdir. 

Zərif həmçinin İranın raket qüdrəti haqda deyib: İran regionun digər ölkələri ilə müqayisədə silah üçün çox az büdcə ayırır. Eyni zamanda hazırda regionda, O cümlədən Səudiyyə Ərəbistanında mövcud raketlərin mənzili İranın raketlərinin mənzilindən qat-qat çoxdur. 

İran xarici işlər naziri əlavə edib: Ərəbistanın Çin istehsalı olan və 2500 kilometr mənzilli qitələrarası ballistik raketləri vardır. Lakin bu raketlərin əsas versiyasının mənzili 12 min kilometrə də çatır. 

Teqlər