Fev 04, 2018 16:29 Asia/Baku
  • İranın ballistik raketlərinin diqqəti artırılıb
    İranın ballistik raketlərinin diqqəti artırılıb

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi hədəfi vuran ballistik raketlərdə diqqətin artırılmasını düşmənin təyyarə daşıyan gəmiləri ilə strateji mübarizə adlandırıb.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi general-mayor Hüseyn Salami ötən gecə Xəbər televiziyasının "Bugecəki Başlıq" proqramında bildirib: Düşmənin toplaşdığı məkanı müəyyənləşdirməklə İran silahlı qüvvələrinin dəniz potensialları artdı.

General Salami raket sənayesinin inkişafı və diqqətin yüksəldilməsini dənizdə düşmənin hədələri ilə mübarizə yolu adlandırıb və deyib: Təyyarədaşıyan gəmilərdən istifadədə düşmənin böyük strategiyası İranın hərbi mütəxəssislərinin səyi ilə məğlub oldu.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi önləyici strategiyanın siyasi iradənin strateji qüdrətlə birləşməsi və tətbiqi olduğunu bildirərək deyib: İranın önləyici qüdrəti ABŞ-ın İranın raket potensialını durdurmaq üçün var-gücündən istifadə etməsinə səbəb olub.

Teqlər

Şərhlər