Fev 10, 2018 21:53 Asia/Baku
  • İranda casusluq işi ilə əlaqədar müttəhimlər həbs olunub
    İranda casusluq işi ilə əlaqədar müttəhimlər həbs olunub

Tehranın ümumi və inqilab prokuroru İranda casusluq işi ilə əlaqədar bir neçə müttəhimin müəyyənləşdirilərək həbs olunduğunu bildirib.

İRNA-nın məlumatına görə, Abbas Cəfəri Dövlətabadi şənbə günü bu casusluq işi müttəhimlərinin hərəkətləri haqda deyib: Bu şəxslər elmi və ekoloji layihələrin icrası çərçivəsində strateji sektorlarda İranın məlumatlarını toplayırmışlar. Ölkənin təhlükəsizlik xidmətlərindən birinin ayıq-sayıqlığı və məlumatları əsasında həmin şəxslər saxlanılıb və Tehran prokurorluğuna təhvil verilib. 

Cəfəri Dövlətabadi 29 yanvarda da İranda casusluqda suçlanan bir şəxsin 10 il azadlıqdan məhrum edildiyini bildirmişdi. 

Tehranın ümumi və inqilab prokuroru əlavə edib: Bu casus əcnəbi təhlükəsizlik xidməti ilə əlaqə quraraq və sionist rejimin təhlükəsizlik zabitləri ilə azı 14 dəfə görüş keçirərək İranın elektrik və nüvə sənayesi ilə əlaqədar bir çox məlumatları əcnəbi təhlükəsizlik xidmətlərinə təhvil verib. 

Dövlətabadi bildirib: Bu casus 140 min avro pul alaraq məlumatları satıb. 

Teqlər