Fev 12, 2018 11:14 Asia/Baku
  • İnqilab Rəhbərinin İran xalqının 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirakını alqışlayıblar
    İnqilab Rəhbərinin İran xalqının 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirakını alqışlayıblar

İslam İnqilabının Böyük Rəhbəri bazar günü axşam bir müraciətdə İran xalqının 22 bəhmən yürüşündəki iştirakını alqışlayıblar.

İnqilab Rəhbərinin ofisindən verilən məlumata görə, İslam İnqilabının Böyük Rəhbərinin müraciətində deyilir: İran xalqının bu günkü yürüşdəki əzəmətli iştirakı, dəqiq hesablayıcıların nəzərinə görə, ötən illər ilə müqayisədə daha çoxsaylı iştirak ilə yanaşı olub, əcnəbilər, düşmənlər və əhdinə sadiq olmayanlara qəti və möhkəm cavab sayılır.

İnqilab Rəhbəri düşmənin İran və iranlılarla bağlı öz yanlış və naqis təsəvvürlərinə arxalanaraq, bütün təbliğat imkanları və səylərini bu ilki 22 bəhmən yürüşündə süstlük və ya hətta mümkün olduğu halda qarşıdurmaya nail olmaq üçün səfərbər etdiyini deyərək, əlavə ediblər: İran xalqı praktiki olaraq İran İslam İnqilabının praktiki olaraq canlı və aktiv olduğunu düşmənə nümayiş etdirdi və İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in yoluna sadiq qaldığını öz səmimi iştirakı və şüarları ilə uca səslə fəryad etdi.

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının əzmkarlığı və bəsirətinin böyük və heyrətamiz bir hadisə yaratdığını deyərək, vurğulayıblar: İran xalqının uca fəryadı düşməni qorxuya salaraq, onu geri çəkilməyə məcbur edir və onun möhkəm qətiyyəti düşmənin yanlış hesablamalarını alt-üst edir.

O həzrət İran rəsmilərindən bu misilsiz fenomenin qədrini bilmələrini istəyib, möhkəm iradə, inqilabçı ruhiyyə və cihadçı rəftar ilə əziz İran xalqına xidmət edərək, İnqilabın məqsədlərini müdafiə etsinlər.

İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü yürüşü dünən, bazar günü Tehran və 1000-dən artıq şəhər və qəsəbədə əzəmətli şəkildə keçirilib.

İran İslam İnqilabı 11 fevral 1979-cu ildə İmam Xomeyni(rə)-in rəhbərliyi ilə qələbə çald.

Teqlər