Fev 15, 2018 09:38 Asia/Baku
  • Qasimi: Heç ölkə İran qədər Yaxın Şərqin təhlükəsizliyinə çalışmayıb
    Qasimi: Heç ölkə İran qədər Yaxın Şərqin təhlükəsizliyinə çalışmayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Heç bir ölkə İran qədər Yaxın Şərqin təhlükəsizliyi və stabilliyi üçün çalışmayıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəisi Dan Quetsin İranın regiondakı nüfuzu və rolu haqda nigaranlıq etməsinə reaksiyada təkrar iddiaları əsassız adlandırıb və deyib: Belə ritorika ABŞ hökumətinin dünyanın müxtəlif bölgələri, xüsusilə də Yaxın Şərqdə saxta və yalan qorxu, təhdidin yaradılması üzrə funksiyasından qaynaqlanır. 

İran XİN sözçüsü əlavə edib: Saxta və yalan qorxu, təhdidin yaradılması Vaşinqton üçün faydalı siyasət, region və Qərbi Asiya üçün destabillikdir. Bu siyasəti dərk etmək və onunla mübarizə aparmaq region ölkələrinin liderləri və xalqlarının uzaqgörənliyi və ayıq-sayıqlığına ehtiyaclıdır. 

Teqlər