Fev 19, 2018 10:22 Asia/Baku
  • İran xarici işlər naziri: Amerika anlaşmanı pozub
    İran xarici işlər naziri: Amerika anlaşmanı pozub

İran İslam Respublikası xarici işlər naziri deyib: Amerika Əhatəli Müştərək Təşəbbüs Proqramını pozub amma bu razılaşma hələ ayaqdadır.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif dünən Münhen təhlükəsizlik konfransının kənarında ABŞ-ın NBC Nyus telekanalına verdiyi müsahibədə deyib: Amerika ƏMTP-nı pozub amma bu o demək deyil ki ƏMTP dağılıb, ona görə ki, başqa ölkələr Vaşinqtonun ağır təzyiqlərinə rəğmən bu razılaşma əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə sadiqdirlər. 

Məhəmməd Cavad Zərif Amerikanın İranı təcrid siyasətinin məölubiyyətə məhkum olduğunu bildirərək deyib: Amerika öhdəliyini ayaq altına almaqla özünü təcrid edib və gələcəkdə heç bir ölkə beynəlxalq razılaşmalarda Amerika rəsmilərinin imzasına etimad etməyəcək. 

İranın XİN rəhbəri sionist rejimin regiona qarşı təhdidləri barədə deyib: Bu rejim təhdidini həyata keçirərsə cavabını alacaq. 

İran ilə 5+1 qrupu arasında nüvə razılaşması 2016-cı il yanvar ayından icra olunub amma ABŞ dövləti bu qrupun üzvlərindən biri olaraq öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. 

ABŞ prezidenti Donald Tramp ƏMTP-nin ləğv edilməsini istəyir amma dünya onun bu hərəkətinin əleyhinədir. 

Teqlər