Həzrət Fatimənin(s.ə) şəhadəti axşamı mərasimi İnqilab Rəhbərinin iştirakı ilə keçirilib
Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadəti axşamı mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.
Müxtəlif təbəqədən olan insanların habelə, dövlət rəsmilərinin iştirakı ilə keçirilən bu mərasimdə höccətülislam vəlmüslimin Ali şeyxanın "axirəzzəman"dakı fırıldaqçılıqları və hiyləgərliklərinə işarə edərək, deyib: Şeyxan ailələri və ailə bağlarını hədəf alıb. Əgər bu bağlar qırılarsa, insanların süqutu asanlaşmış olacaq. İctimaiyyət dağılacaq.
O, daha sonra dini mədəniyyətdə ev və ailənin ibadət və tərbiyə məkanı olduğunu vurğulayıb və deyib: İmam Əli(ə) və Həzrət Fatimənin(s.ə) evi səfa,mehribanlıq, məhəbbət və hörmət ilə dolu olan bir ev idi. Bu nurlu ailə müsəlman ailələri üçün bir nümunə olmalıdır.
Çərşənbə axşamı, 20 yanvar 2018-ci il, 1439-cu hicri qəməri ili cəmadiüssani ayının 3-ü İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü günü idi.