General Baqeri: İran vətəndaşlarına qarşı hər bir təhdid ilə qətiyyətlə rəftar ediləcək
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb: İranın təhlükəsizlik və polis qüvvələri iğtişaşçılara və qanunpozucularına Tehranın Pasdaran küçəsində meydana gəlmiş hərəkətlərin təkrarlanmasına icazə verməyəcək və vətəndaşların təhlükəsizliyinə qarşı hər bir təhdidlə qətiyyətlə rəftar edəcəklər.
Cari milad ili fevralın 19-da hüquq-mühafizə orqanlarının Tehranın Pasdaran küçəsində asayiş və təhlükəsizliyi bərqəraretmə əməliyyatında İranın polis qüvvələrindən üç məmur və iki bəsici şəhid edildi. Bu əməliyyatda məmurlardan təqribən otuz və iğtişaşçılardan bir qrupu da yaralandı.
İğtişaşçıların vəhşicəsinə hərəkətləri həmçinin Tehranın Pasdaran küçəsində bir çox avtomobilin zərər çəkməsilə nəticələndi; iğtişaşçılar və nizam-intizamı pozanlar özlərini qonabadlı dərvişlər adlandırırlar.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant pasdar Mohəmməd Baqeri bəsicilərin və üç polis qüvvəsinin şəhid olmalarının ardınca bir müraciətdə bildirib: Bu hərəkət hər şeydən öncə düşmən cəbhəsinin müqavimət cəbhəsinin qələbələri və iranlıların 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirakından irəli gələn təhqir olunmasının intiqamını almaq üzrə şeytani cəhdini göstərir.