Fev 23, 2018 19:15 Asia/Baku
  • Laricani: İran xalqının müqavimət əhval-ruhiyyəsi düşmənləri nakam qoyubdur
    Laricani: İran xalqının müqavimət əhval-ruhiyyəsi düşmənləri nakam qoyubdur

İran İslam Şurası Məclisinin sədri bildirib ki, düşmənlərin İran İslam Respublikasına qarşı fitnəsi davam etməkdədir. O, vurğulayıb: İran xalqının müqavimət əhval-ruhiyyəsi düşmənin İslami İrana xələl gətirməyə cürət etməməsinə səbəb olubdur.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün İranın şimalında yerləşən Sari şəhərində ABŞ-ın İranda və regionda fitnə ardınca olduğunu bildirərək, deyib: Müstəmləkəçi ölkələr beynəlxalq təşkilatlarda belə qələmə verməyə çalışlırlar ki, İran imperatorluq ardıncadır, amma İran bu niyyətdə deyildir.

Laricani regionda ABŞ və sionist rejimlə müttəfiq olan bəzi ölkələrə xitabən deyib: Region ölkələrindən bəzilərinin İrana hücum üçün İraqın öldürülmüş diktatoru Səddama kömək etdikləri bir halda, İran heç vaxt region ölkələrinə hücum etmədi, zira İran region ölkələrində islami əhval-ruhiyyəni və müqavimət mədəniyyətini gücləndirmək ardıncadır.

İran İslam Şurası Məclisinin sədri söyləyib: Amerika və sionist rejim regionun enerji resurslarına və maddi hədəflərə nail olmaq və avantüra ardıncadırlar.

Teqlər