İranın müdafiə naziri: Mokran sahillərində heç bir problem yoxdur
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran İslam Respublikası ordsu dəniz qüvvələri, Müdafiə Nazirliyi və digər qüvvələrin səyləri nəticəsində Mokran sahillərində heç bir problem yoxdur.
İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bazar günü Mokran sahillərində keçirilən "İnvestisiya fürsətlərinin tanıtdırılması və davamlı inkişaf" adlı beynəlxalq konfransın kənarında jurnalistlər qarşısında deyib: Hazırkı təhlükəsizliyi nəzərə alaraq, yerli və xarici sərmayə sahibləri tam arxayınlıqla Mokran sahillərində investisiya qoya bilərlər.
"Mokran sahillərində investisiya fürsətləri və davamlı inkişaf" adlı 2-ci beynəlxalq seminar 37 ölkədən gəlmiş 350 şirkətin iştirakı ilə işə başlayıb. Bu seminar sabah da davam edəcək.
İranın müdafiə naziri Mokran sahillərində mövcud olan geniş potensiallara işarə edərək, deyib: Mokran sahilləri bir xəzinədir və müxtəlif potensiallara malikdir. Bu məntəqədə bir çox infrastruktu yaradılmaqdadır və gələcəkdə bu məntəqənin çiçəklənməsinin şahidi olacağıq.
Əmir Hatəmi neft-kimya sahəsində olan "Mokran Qaşı" adlı layihəni hazırda icra edilməkdə olan ən mühüm layihələrdən biri adlandırıb.