Cahangiri: Kitab iranlıların və müsəlmanların mədəniyyətində dəyərli yerə malikdir
İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: Mədəniyyət və inkişaf, mədəniyyət və iqtisadiyyat və mədəniyyət və siyasət arasında anlaşma və tənasüb İranın inkişafını düzgün yolda qərar verə bilər.
Eshaq Cahangiri bu gün Tehranda İran Milli Kitabxanasının təsisinin səksəninci ildönümünə həsr olunmuş mərasimdə kitabın keçmişdə və iranlıların və müsəlmanların mədəniyyətində dəyərli yerə malik olmasına işarə edərək, əlavə edib: Bu insani nailiyyət İran və İslam mədəniyyətinin ən mühüm komponentlərindəndir.
İran İslam Respublikasının birinci vitse-prezidenti kitabı təfəkkür və aqilliyin simvolu adlandırıb və deyib ki, hökumət və cəmiyyətlərin təfəkkür əhli ilə üzləşmə tərzi ölkələrin inkişaf miqdarını göstərir.
Cahangiri təfəkkür ilə tənqidin bir-birinin kənarında cəmiyyəti inkişaf etdirdiyini bildirərək, belə qeyd edib: İstedadın üzə çıxması və düşüncənin yayılması inkişaf etmiş cəmiyyətdə reallaşır.
Cahangiri həmçinin kitabın rövnəqinin mədəniyyətin rövnəqi amili, mədəniyyətin rövnəqinin də İranın inkişafının rövnəqinin amili olduğunu bildirərək, deyib: İran inkişaf üçün mədəniyyət və kitaba diqqət və ciddi-cəhdə ehtiyaclıdır.
İran İslam Respublikasının birinci vitse-prezidenti Tehranda İran Milli Kitabxanasının təsisinin səksəninci ildönümünə həsr olunmuş mərasimdə "Məfatih Əlcinan"ın sahibi "Şeyx Abbas Qomi" kimi tanınan Məhdəs Qominin əlyazmaları məcmuəsi və dünyada fars əlyazmaları siyahısı sistemini təqdim edibdir. Bu mərasimin digər tədbirlərindən biri də İran Milli Kitabxanasının xatirə markasının ləğv edilməsi mərasimi olubdur.