Zərif: Hər kəs TŞ-də çirkin bir tamaşanın və təcavüzkara dəstəyin şahidi oldu
İran İslam Respublikasının xarici işlər naziri Britaniya tərəfindən hazırlanmış anti-İran qətnamənin BMT-nin Təhlükəsizlik Şurasının bazar ertəsi günü təşkil etdiyi iclasda müzakirəyə çıxarılması və İranın Yəmənə silah göndərməsi kimi qondarma iddianın irəli sürülməsinə işarə edərək, deyib: BMT TŞ-də baş verənlər çirkin bir tamaşa və Yəmənə hərbi müdaxilə edən təcavüzkar ölkəni himayə idi.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı Bolqarıstana daxil olduqdan sonra jurnalistlər qarşısında deyib: Amerika və müttəfiqləri İrana qarşı əsassız ittihamlar irəli sürməklə, Yəməndəki cinayətlərini ört-basdır etmək istəyirlər.
Təhlükəsizlik Şurası bazar ertəsi günü Yəmən əleyhinə 2 qətnamə layihəsini araşdırmaq üçün iclas təşkil etmişdi.
Britaniya hökumətinin təklif etdiyi birinci qətnamə layihəsi Yəmənə silah göndərməsi iddiası ilə İrana qarşı təzyiqlərin göstərilməsini qarşıya məqsəd qoymuşdu. Bu qətnamə Rusiya tərəfindən veto edildi.
İkinci qətnamə isə Rusiya tərəfindən təklif edilmişdi. Bu qətnamə Yəmənə qarşı silah sanksiyalarının müddətinin 2019-cu ilə kimi uzadılmasını nəzərdə tuturdu. Bu qətnamə Təhlükəsizlik şurasının bütün daimi və qeyri daimi üzvlərinin lehinə səsi ilə qəbul edildi.