İnqilab Rəhbəri: Qüdsdə camaat namazının qılınacağı gün yaxındır
İslam İnqilabının Böyük Rəhbəri bir qrup Suriyalı alim ilə görüşdə İslami ortaqlıqlara təkidin edilməsini bir zərurət adlandırıb və deyiblər: "Ümidvaram hamımız sizin Qüdsdə camaat namazı qıldığını günü görək və o gün o qədər də uzaq deyil və o gün o qədər də uzaq deyil. İstər bizim kimilər olsun, istər olmasın."
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün cümə axşamı Suriyanın vəqflər naziri Əbdüssəttar Seyyid və bir qrup suriyalı alim ilə görüşdə deyiblər: "Bir neçə il sionist rejim İranı 25 ilə kimi elə edəcəyik, belə edəcəyik, deyirdi. Mən elə o zaman dedim, siz 25 il bundan sonranı dərk etməyəcəksiniz."
İnqilab Rəhbəri Suriya prezidenti Bəşşar Əsədi də alqışlayaraq, deyib: "Suriya bu gün ön cəbhədə qərarlaşıb. Buna görə də bizim vəzifəmiz Suriyanın müqavimətini dəstəkləməkdir. Əlbəttə, Əsəd bir mübariz simasında zahir olaraq, şəkk və şübhəyə yol vermədən tam qətiyyətlə dayanıb və bu xalq üçün çox önəmlidir."
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, İslam Ümmətinin hegemonçuluq quruluşunun ixtilaf törədən fitnəkar siyasətləri o cümlədən Ərəbistanın ixtilaf törətməyə köklənmiş rəftarları qarşısındakı vəzifəsini qətiyyətli müqavimət adlandırıb və deyiblər: "Biz Londonun himayə etdiyi şiəni, Amerika və İsrailin dəstəklədiyi sünnini qəbul etmirik. Çünki, İslam küfr, zülm və hegemonçuluq ilə müxalifdir."