Şəmxani: İranın Londondakı səfirliyinə hücum, İngiltərənin Ərəbistan vəliəhdinin silah alqısına cavabıdır
-
Şəmxani: İranın Londondakı səfirliyinə hücum, İngiltərənin Ərəbistan vəliəhdinin silah alqısına cavabıdır
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi İranın Londondakı səfirliyinə hücumu İngiltərə dövlətinin Ərəbistan vəliəhdinin bu ölkədən on dörd milyard funt-sterlinq dəyərində silah satın almasına cavabı adlandırıb.
Özünü "Şirazi" firqəsinin tərəfdarı adlandıran bir qrup şəxs cümə günü axşam İranın Londondakı səfirliyinə hücum edib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi cümə günü gecə İranın Londondakı səfirliyinə hücum edənlərin həbs olunmalarından xəbər verib və bildiribdir ki, bu şər hərəkət başa çatıbdır.
"İngilis şiəsi" də adlandırılan "Şirazi" firqəsi Sadiq Şirazi adında bir şəxsin təsiri altındadır. Bu firqə sünni əhlinin müqəddəslərinə də hörmətsizlik edir.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün IRIB ilə müsahibədə İngiltərə polisi və dövlətinin İranın Londondakı səfirliyinə hücum qarşısındakı zəifliyinin səbəbi barədə belə deyib: Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın İngiltərədən on dörd milyard funt-sterlinq dəyərində silah satın alması bir təhər cavablandırılmalı idi ki, onun ən biabırçı forması, İranın Londondakı səfirliyinə hücum oldu.
Şəmxani Ərəbistan vəliəhdinin İrana və İslam müqavimətinə qarşı sözlərinə reaksiyada deyib: Sionist rejim və Amerika regionda terrorizmə rəvac verirlər, Ərəbistan vəliəhdi isə günahları regionda sülh və sabitliyin təminedicisi olan İranın üzərinə atır.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Ali-Səud rejimi, sionist rejim və Amerika özlərinin siyasi həyatları boyu təkfirçi qrupları yayaraq, İslam dünyasında qanlı sərhədlər yaradıblar.