Mart 20, 2018 20:55 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 1397-ci hicri şəmsi ilinin gəlib çatması münasibəti ilə təbrik müraciəti ediblər.

بسم‌الله‌الرّحمن‌الرّحیم

یا مقلّب القلوب و الابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال. اللهم مهدنا و هدا مهدتین و  ذقن الاجتهاد المجتهدین

 Ölkənin və dünyanın hər bir yerindəki əziz həmvətənlərimi, həmçinin Novruzu qeyd edən bütün xalqları təbrik edirəm. Xüsusilə də əziz, hörmətli şəhid ailələri, əziz fədakarlar və ailələri təbrik edirəm. Əsasən də ölkənin ümid yaradan və ölkənin milli hərəkətini irəlilədən gənclərini, yeniyetmələrini təbrik edirəm. Şad və şirin Novruzları, bərəkətli və xeyirli illərinin olacağına ümid edirəm. Bu il təbiətin yaz fəsli mənəviyyatın bahar fəsli ilə eyni vaxtdadır. Yəni Fərvərdin, Ordibehişt və Xordad Rəcəb, Şaban və mübarək Ramazan ayı ilə eyni vaxtdadır. İnşallah, təbii və mənəvi inkişafın hər ikisinin ölkəmiz və xalqımız üçün töhfə gətirəcəyinə ümid edirik. Bu ümid ürəkdə tumurcuqlayır, inşallah, mənəvi tumurcuqlamalar maddi tumurcuqlamaların kənarında bu ölkə, bu xalqın gələcəyi üçün azuqə olacaqdır. Həzrət Bəqiyyətullah (ərvahuna fidah)ın hüzuruna salam göndərir və böyük imamın pak ruhunu yad edir və salam göndəririk. 1396-cı il barədə bir cümlə və 1397-ci il barədə bir cümlə diqqətinizə çatdıracağıq. 1396-cı il bütün illər kimi, eniş-yoxuşlar, şirinliklər və acılıqların toplusu idi. Həyatın bütün anları kimi. 1396-cı ilin şirinliyi ilin əvvəlindən sonunadək xalqın əzəmət və iqtidarı və milli iştirakın özünü göstərməsi idi. İlin əvvəlində xalqın prezident və şura seçkilərində iştirakı idi. Çox əzəmətli və diqqəti cəlb edəcək iştirak idi. Ölkə əhalisinin 40 milyon nəfərdən çoxu seçkilərdə iştirak etdi və bu çox mənalı və müsbət iştirak idi. Sonra da mübarək Ramazan ayında Qüds günü yürüşündə iştirak etdi. İlin sonunda da 9 dey yürüşü, hamısından daha önəmlisi tamaşaya layiq 22 bəhmən yürüşündə iştirak idi. Əlbəttə 9 deydə, qeyd edəcəyim yaranan iğtişaşlar nəticəsində, vətəndaşlar bir neçə gün ardıcıl olaraq ölkənin müxtəlif şəhərlərində öztəşəbbüs yürüşlər keçirdilər. Bütün bunlar İranın böyük xalqının, İranın bəsirətli, zirək və işə hazır xalqının lazım olan bütün səhnələrdəki iştirakının göstəricisi idi.Ötən ilin önəmli və şirin cəhətlərindən biri, ən azından məqsədlərindən birinin  İran İslam Respublikasına zərbə endirmək məqsədini güdən regional təhdidləri İran İslam Respublikası fürsətə çevirə bildi. Bu təhdidlər nəinki ölkəyə ziyan yetirə bilmədi, hətta fürsətə çevrildi və beynəlxalq məsələlərə əhatəsi olanlar bu reallığı başa düşürlər.Başqa müsbət cəhət ilin şüarının yəni “Milli istehsal və məşğulluq” şüarının müqavimət iqtisadiyyatı çərçivəsində həyata keçirilməsi istiqamətində atılan addımlar idi. İş yerlərinin açılması və milli istehsal istiqamətində müsbət təşəbbüslər həyata keçirildi, əlbəttə bir çox işlər də qalıb və bunlar da həyata keçirilməlidir. Bu şüar müəyən qədər ölkədə reallaşdı, amma inşallah, tam reallaşması üçün təşəbbüslər davam etdirilməlidir.96-ci ildə acılıqlar da oldu, bir qrup vətəndaşımızın ölümü ilə nəticələnən zəlzələ, sel, təyyarə qəzası, gəmi qəzası, bizim üçün acı olan hadisələr idi. Bunlardan əlavə ölkənin bəzi bölgələrindəki quraqlıq da davam edir ki, ümid edirik, Allahın lütfü bahar fəslində bunu düzəldəcək. Bəzi kütlələrin keçmişdən qalan məişət problemləri də davam etdi ki, bunların aradan qaldırılması üçün hamı bu istiqamətdə səylər həyata keçirməlidir. Əlbəttə ilin sonunda İran xalqının düşmənlərinin planları əsasında ölkədə iğtişaşlar da baş verdi, ancaq İran xalqı özü meydana gəldi və hətta iğtişaşların onların adına edildiyi qrupların özləri meydana gəlib iğtişaşçılar qarşısında dayandılar. Əlbəttə bu hadisədə bir daha İran xalqının əzəməti aydın oldu.Bu andan başlayan 97-ci il barədə isə ən önəmli cəhət bundan ibarətdir ki, hamı güclü işləməlidir, mən illərin şüarlarında vəzifəli şəxsləri xitab edirdim, bu il isə xitabım vəzifəli şəxslər də daxil, xalqın hər bir üzvüdür.İlk öncə bildirmək istəyirəm ki, iqtisadiyyat və mədəniyyət, eləcə də digər müxtəlif məsələlər gündəmdədir. Ancaq elə bu ildə əsas məsələmiz iqtisadiyyat və xalqın məişəti məsələsidir. Hamı işləməli, səy göstərməlidir və milli istehsal prioritet təşkil etməlidir. Yəni əgər hamı milli istehsal ardınca olarsa, ölkənin bir çox iqtisadi problemi, xalqın məişət problemlərinin böyük hissəsi, məşğulluq məsələsi, investisiya məsələsi və s. öz həllini tapacaq. İctimai problemlər böyük ölçüdə həll olacaq. Demək milli istehsal sürətlənərsə və prioritet təşkil edərsə, bir çox problemlər həll olacaq. Mən bu ilin şüarı üçün buni prioritet seçdim, bu ilin şüarı “İran istehsalına dəstək”-dir. Bu il İran istehsalına dəstək ilidir. Bu sadəcə vəzifəli şəxslərə aid deyil və hər bir vətəndaş bu şüara öz töhfəsini verə, sözün əsil mənasında meydana gələ bilər. Əlbəttə bu dəstəyin müxtəlif cəhətləri var ki, inşallah çıxışımda ətraflı izah edəcəyəm və müxtəlif  xalq kütlələrinin və vəzifəli şəxslərin həyata keçirə biləcəkləri işləri açıqlayacağam. Ümid edirəm ki, Allah-Taala həm vəzifəli şəxslərə, həm xalqa kömək edəcək və onlar üzərlərinə düşəni ən yaxşı şəkildə həyata keçirəcək və bu ilin şüarı olan “İran istehsalına dəstək” şüarının sözün əsil mənasında reallaşmasına nail olacaqlar.

والسّلام علیکم و رحمةالله و برکاته

Teqlər