Mart 21, 2018 18:16 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei
    İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İmam Rzanın (ə) pak ziyarətgahında Novruz çıxışında bildiriblər: Ötən ildə İslam Respublikası İran xalqının izzət və iqtidar bayrağını regionda dalğalandırdı.

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İslam Respublikası regionun önəmli hissəsində insanları təkfirçilərin şərindən xilas etdi. Bunlar böyük işlərdir. İndi isə beynəlxalq müdaxiləçilər, bütün dünyada müdaxilə etmək istəyənlər etiraz edirlər ki, İran İraq və Suriyada niyə iştirak və müdaxilə edir? Axı sizə nə aidiyyəti vardır?

İslam İnqilabının Böyük Rəhbəri İmam Rza (ə) ziyarətgahının zəvvarları qarşısında buyurublar: İslam Respublikası İŞİD kimi zalım, xəbis, hörmətsizlik edən qrupları yaratmaq istəyən ABŞ-ın regiondakı planını zərərsizləşdirdi. Çünki Birləşmiş Ştatlar xalqların diqqətini qəsbkar sionist rejimdən yayındırmağa və onları vətəndaş müharibələri ilə məşğul etməyə çalışırdı. Bu planı biz, Allahın izni ilə zərərsizləşdirdik.

İnqilab Rəhbəri buyurublar: Amerikalılar İŞİD-in məhvində iştirak etdiklərini deyirlər. Yalan deyirlər. Onlar İŞİD və İŞİD kimilərin, sadəcə öz əllərində olmasını istəyirlər.

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Regionda etdiyimiz hər bir kömək məntiqli hesablamalarla idi və emosiyalara qapılma yox idi. Biz bacardıq, uğur da qazandıq. Biz ölkələrin daxili məsələlərinə müdaxilə etmək niyyətində deyilik. Getdiyimiz hər bir yer müraciət əsasında olub.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Şübhəsiz, region məsələlərində ABŞ öz məqsədlərinə nail olmayacaq və biz, inşallah, öz məqsədlərimizi reallaşdıracağıq.

Teqlər