Xərrazi: Terrorizmi himayə edən ölkələr vaşinqtona bac verirlər
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Terrorizmi himayə edən və regionda sabitliyi pozan ölkələr ABŞ-ın hazırkı hökumətinə yüzlərlə milyard dollar bac verərək, regiondakı destruktiv siyasətlərinə Vaşinqtondan dəstək almağa çalışırlar.
İRNA-nın verdiyi məlumata görə, Kamal Xərrazi bazar ertəsi günü Pakistanda "İslamabad Siyasi Araşdırmala Müəssisəsi"ndə etdiyi çıxışında deyib: Fars körfəzinin cənub sahilində yerləşən bəzi ölkələr terrorçuların Əfqanıstan da daxil olmaqla digər ölkələrə köçürülməsində rola malikdirlər və İran ilə düşmən olanlar İranın təkfirçi terrorçular ilə mübarizədəki fədakarlıqlarını tərsinə yozmağa çalışırlar.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri terrorizm ilə mübarizədə regional əməkdaşlığa təkid edərək, deyib: İran regional problemlərin həll edilməsi və təhlükəsizliyin təmin edilməsində digər ölkələr ilə ikitərəfli və ya bir neçə tərəfli əməkdaşlıqlara hazırdır.
Xərrazi əlavə edib: Fars körfəzinin cənubunda yerləşən bəzi ərəb ölkələri daxili çəkişmələri genişləndirməklə Amerikadan daha artıq asılı vəziyyətə düşür və İsrail ilə əlaqələrini yaxşılaşdırmaq üçün region ölkələrinə müdaxilə siyasətini izləyərək, regionda böhran yaradırlar.
Xərrazi həmçinin İran hökumətinin Suriya və İraqı, bu ölkələrin ərazi bütövlüyünü qorumaq və regionda sabitliyə və təhlükəsizliyə nail olmaq üçün dəstəklədiyini bildirib və deyib: Suriya və İraqda terrorçuların məğlub olmasından sonra, onların müxtəlif və fərqli formalarda öz terror fəaliyyətlərini davam etdirəcəkləri proqnoz ediləsidir. Terrorçular Əfqanıstana, Afrikanın şimalına və Mərkəzi Asiya ölkələrinə üz tutaraq, bu məntəqələri də böhrana sürükləyə bilərlər.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri bazar ertəsi günü Kabildən İslamabada daxil olub. Xərrazi Pakistanda bu ölkə rəsmiləri ilə görüşüb, danışıqlar aparmalıdır.