Apr 07, 2018 20:41 Asia/Baku
  • İranlı tədqiqatçılar Tehranın təhqiqat reaktorunu bərpa ediblər
    İranlı tədqiqatçılar Tehranın təhqiqat reaktorunu bərpa ediblər

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri Tehranın təhqiqat reaktornun yerli imkanlar hesabına bərpa edildiyini bildirib.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi şənbə günü mediaya verdiyi açıqlamada Tehranın təhqiqat reaktorunun düzəldilməsindən 40 ilin keçdiyini deyərək, ötən bir il ərzində yerli mütəxəssislərin səyləri ilə bu rekatorun tam formada bərpa olunduğunu və bu gün reaktorun yenidən təhqiqatların aparılmasına hazır olduğunu bildirib.

Salehi əlavə edib: Tehran reaktorunu yeniləməklə yanaşı, ilk dəfə olaraq nüvə yanacağının sınaq dövriyəsinin quraşdırılmasına nail olmuşuq. Bununla da atom elektrik stansiyalarında istifadə edilməsi üçün nüvə  yanacağının davamlılığını laboratoriya şəraitində öyrənmək mümkün olacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri bu yeni laboratoriyanın layihələşdirilməsi və icrası prosesinin bütün mərhələlərinin yerli mütəxəssislərin səyi hesabına mümkün olduğunu deyərək, əlavə edib: Bu təchizatların düzəldilməsi iranlı mütəxəssislər üçün yeni uğur sayılır.

Teqlər