Apr 14, 2018 12:55 Asia/Baku
  • İnqilab rəhbəri: Suriyaya edilən hücum cinayətdir
    İnqilab rəhbəri: Suriyaya edilən hücum cinayətdir

İslam İnqilabının böyük rəhbəri: Bu gün səhər Suriyaya edilən hərbi hücüm cinayətdir. ABŞ və Fransa prezidentləri və Britaniyanın baş naziri cinayətkardırlar.

İran İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər ölkə rəsmiləri və müsəlman ölkələrin Tehrandakı səfirləri ilə görüşdə deyiblər: Mən bir mənalı şəkildə bildirirəm ki, Amerika və Fransa prezidentləri və Britaniyanın baş naziri cinayətkardırlar və cinayət törədiblər. Onlar bu işdən heç bir nəticə əldə etməyəcək, heç bir mənfəət götürməyəcəklər. Onlar son illərdə İraq, Suriya və Əfqanıstanda fəaliyyət göstərdilər, bu kimi cinayətlər törətdilər və heç bir mənfəət əldə etmədilər. 

İslan inqilabının böyük rəhbəri bildiriblər: ABŞ prezidentinin İŞİD-in məhvinə nail olduğunu söyləməsi yalandır, regionda 7 trilyon dollar xərclədilər və bunun onlara xeyri olmadı. 

İslam inqilabının böyük rəhbəri bu gün səhər quruluşun rəsmiləri və müsəlman ölkələrin səfirləri ilə görüşdə həmçinin deyiblər: Dünənə kimi açıqı-aşkar yaxud gizli şəkildə İŞİD-ə dəstək verənlər bu gün ona qarşı mübarizədə iştirak etdiklərini və onu məğlubiyyətə uğratdıqlarını iddia edirlər, Bu belə deyil. Onların bu işdə heç bir rolu olmayıb. 

İslam inqilabının böyük rəhbəri bildiriblər: Onlar lazım gördükləri an daxil oldular, İŞİD-in mühasirədə olan əsas ünsürlərinin xilas olmasına kömək etdilər, onları xilas etdilər və öncə də İŞİD-in icad edilməsində təsirli rola malik idilər. 

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Səudiyyə və onun kimilərin pulu ilə bu xəbis mövcudları icad etdilər, İraq və Suriya xalqının canına saldılar. Amma, Amerika və onun ünsürləri qarşısında müqavimət bu iki ölkəni xilas edə bildi və bundan sonra da belə olacaq. 

İslam inqilabının böyük rəhbəri bildiriblər: Bir neçə gün öncə ABŞ prezidenti dedi: "Biz Asiyanın qərbində və onun dediyinə görə Orta Şərqdə 7 trilyon dollar xərclədik və heç nə əldə etmədik." O düz deyir, heç nə əldə etmədilər və bundan sonra da nəqədər də xərcləsələr bu regionda heçnə əldə etməyəcəklər. 

Teqlər