İnqilab rəhbəri: Biz böyük bir müharibə meydanının ortasındayıq
İslam inqilabının böyük rəhbəri müqabil cəbhənin İran İslam Respublikasına qarşı böyük və mürəkkəb müharibəsinə toxunaraq bildirblər: " Biz bir tərəfi İran İslam Respublikası quruluşu, digər tərəfi isə düşmənlərin geniş və güclü cəbhəsindən ibarət olan böyük bir müharibə meydanının ortasındayıq. "
İran İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər İranın Təhlükəsizlik Nazirliyinin rəhbərləti və işçilərindən ibarət bir qrup ilə görüşündə müqabil tərəfin agentliklərinin bu qarşıdurmanın əsas mehvəri olduqlarını bildirərək deyiblər: Müqabil cəbhənin agentlik aparatları bütün imkanlarına rəğmən indiyədək heç bir önəmli qələt edə bilməyiblər.
Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Bu müharibədə qəflətə düçar olarsaq, məğlub olacağıq və sadə fikirləşərsək zərəbə alacağıq.
İran İslam İnqilabının böyük rəhbəri mürəkkəb informasiya müharibəsinin müxtəlif cəhətlərinə toxunaraq deyiblər: Bu müharibədə " nüfuz və informasiyanın oğurlanması" , " qərar qəbul edənlərin hesablamalarının dəyişdirilməsi" və " xalqın inanclarının dəyişdirilməsindən tutmuş " maliyyə və iqtisadi anarxiyanın " və " Təhlükəsizlik böhranının" icad edilməsinədək planları əhatə edən müxtəlif metodlar gündəmdədir.
Həzrət Ayətullahül-üzma Xamenei İranda valyuta bazarında baş verən son hadisələrə toxunaraq bildiriblər: Bu hadisələrə əlavə diqqət yetirdikdə əcnəbilərin və onların kəşfiyyat xidmətlərinin izləri müşahidə olunur.
İran İslam İnqilabının böyük rəhbəri bildiriblər: Bu müharibədə və müqabil cəbhənin planları qarşısında dayanmaq və düşmənə qələbə üçün müdafiədən əlavə hücum proqramına da malik olmaq lazımdır belə ki, oyun sahəsi bizim kəşfiyyat xidməti tərəfindən müəyyənləşdirilsin.
Həzrət Ayətullahül-üzma Xamenei İranın Təhlükəsizlik Nazirliyinin inqilabçı qalması və inqilabçı hərəkətə malik olmasının vacibliyini vurğulayaraq, İranın kəşfiyyat xidmətinin müqabil cəbhənin planları ilə qarşılaşması yollarından birinin gələcək hadisələri proqnoz etmək, informasiyanı dəqiq araşdırmaq və analiz etməklə uzun müddətli proqramlaşdırma aparmaq olduğunu bildiriblər.