Apr 22, 2018 17:52 Asia/Baku
  • İnqilab rəhbəri ordunun gücünün artmasına təkid ediblər
    İnqilab rəhbəri ordunun gücünün artmasına təkid ediblər

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı ordunun keçmiş kadrının qabiliyyətləri və təcrübələrini yüksək qiymətləndirərək ordudakı gənclərin parlaq gələcəyinə, ordunun tərəqqisi və qabiliyyətinin  artmasına təkid ediblər.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı həzrət Ayətullahül-üzma Xamenei bu gün günorta  İran İslam Respublikası ordusunun baş komandanı və quru qoşunların komandanlarından ibarət bir qrup ilə görüşündə bildiriblər: İnkişaf davam etdirilməlidir ona görə ki, sabahın ordusu bu günün ordusundan daha yaxşı, daha güclü, daha səriştəli və daha inqilabçı olsun.

 

Ordu və ordunun quru qoşunları günü münasibəti ilə baş tutan bu görüşdə islam inqilabının böyük rəhbəri ordu gənclərinə üzünü tutaraq bildiriblər: " Siz əziz gənclərdən bütün yeniliklər, səylər və insani qabiliyyətlərinizi ordunun yüksəlişi və tərəqqisi uğrunda sərf etməyinizi istəyirəm."

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı həmçinin ordunun baş komandanı general Əbdürrəhim Musəvinin inqilabçı və vəhdət yaradan mövqelərini yüksək qiymətləndirərək deyiblər: General Musəvi orduya təşkilatçı bağlılıq və ürəkdən sədaqətindən əlavə silahlı qüvvələrin vəhdəti barədə çox yaxşı bəyanat etdi və bu sözlər idarəçilik təfəkkürü və daxili səfadan xəbər verir ki, ordunu xalqın gözündə daha da dəyərli edir.

29 fərvərdin (18 aprel) İran təqvimində İran İslam Respubliksı ordusu günü kimi qeyd olunur.

 

Teqlər