Prezidentin iştirakı ilə "Təbriz 2018"in açılışı oldu
2018-ci il Təbriz İslam Ölkələrinin Turizm Paytaxtı üzrə beynəlxalq tədbirlər rəsmi şəkildə işə başlayıb.
Bu tədbirlərin rəsmi açılış mərasimində İran İslam Respublikası prezidentindən əlavə bir neçə nazir və xarici ölkələrin səfirləri də iştirak ediblər.
İslam Əməkdaşlıq Təşkilatı İƏT Niger paytaxtı Niyami iclasında Təbrizi 2018-ci il İslam Ölkələrinin Turizm Paytaxtı seçdi.
Müxtəlif mədəniyyət və incəsənət proqramlarının kənarında, Təbriz otellərində qalmaq üçün xüsusi endirimlər, xalça, dəri çanta və ayaqqabının alınması üçün endirim, Şərqi Azərbaycanın tarixi abidələri və muzeylərinə getmək üçün endirimlər nəzərdə tutulub.
Təbriz şəhəri küçələrində etnosların festivalının təşkil olunması, bu şəhərdə müxtəlif vilayətlərin əl işləri sənayesinin nümunələrinin əks etdirilməsi Təbriz 2018 tədbirlərinin başlanması üçün nəzərdə tutulan digər proqramlardır.
Höccətülislam Həsən Ruhani çərşənbə günü 2018 Təbriz İslam Ölkələrinin Turizm Paytaxtı tədbirlərinin rəsmi açılış mərasimində deyib: İranda turizm mərkəzləri, o cümlədən İslam Dünyasının Turizm Paytaxtı olaraq Təbrizin cazibəliyi daimi olmalı və bir dəfə Təbrizə gələn hər bir şəxs davamlı şəkildə bu şəhərə gəlməlidir.
İran prezidenti Təbriz əhalisinin gözəl əxlaqı və qəşəng türkcəsinə toxunub və əlavə edib: Təbrizin çoxlu böyük şəxsiyyətlər və dahi şəxsiyyətləri olmuşdur, Şəhriyar yetişdirmişdir, bu şəhərdən çoxlu şəhriyarlar meydana gələcək.
Prezident Ruhani xalqın mədəniyyətini ən böyük turizm cazibəsi adlandırıb və əlavə edib: İran, Azərbaycan, Təbriz ədəbiyyat, mədəniyyət və insanlıqla zəngindir.
Təbrizin İpək Yolunda qərarlaşması ilə tarixdə həmişə qərbə doğru açılan darvaza hesab olunduğunu bəyan edən prezident bildirib: Təbriz regionun ticarət mərkəzi və cazibəliklər diyarıdır.
Ruhani əlavə edib: Dünya ilə konstruktiv və irimiqyaslı anlaşma sadəcə nüvə anlaşmasına görə deyildi. Əslində İranın region və dünyada birgə mənafe ardınca olması deməkdir.
İran prezidenti deyib: Anlaşma və razılaşmanın düzgün yolu uduş-uduşdur. Belə ki, həm bizim mənafeyimiz, həm də başqalarının mənafeyi nəzərə alınmalıdır. Öz xeyrinə və başqalarının zərərinə olan anlaşma və razılaşmalar davamlı olmayacaq.
"Biz dünya ilə əlaqə qurmaq istəyirik" deyən İran prezidenti xatırladıb: Bu anlaşmada prioritet qonşuları, başqalarını və dünyanı tanımaqdır. Əslində dünya və keçmiş sivilizasiyadan dərkin olmasıdır.