Vaşinqtonda İranın mənafeyini mühafizə ofisinə silahlı hücum olub
https://azeri.sahartv.ir/news/İran-i304256-vaşinqtonda_İranın_mənafeyini_mühafizə_ofisinə_silahlı_hücum_olub
Dünən yerli vaxtla səhər çağı Vaşinqtonda İranın mənafeyini mühafizə ofisinə bir nəfər silahlı şəxs hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2018 04:12 Asia/Baku
  • Vaşinqtonda İranın mənafeyini mühafizə ofisinə silahlı hücum olub

Dünən yerli vaxtla səhər çağı Vaşinqtonda İranın mənafeyini mühafizə ofisinə bir nəfər silahlı şəxs hücum edib.

Odlu silahı olan hücumçu ofisin şişələrini və bəzi əşyalarını dağıdıb. 

Vaşinqtonda İranın mənafeyini mühafizə ofisi Amerika və Kanadada yaşayan iranlılara konsulluq xidmətləri təqdim edir və heç bir siyasi fəaliyyəti yoxdur. 

Şahidlərə görə, hücumçu İran İslam Respublikasına qarşı şüarlar səsləndirib və işçilərdən birinə hücum edib. 

Hücuma məruz qalan şəxs xəstəxanaya köçürülüb.

Ofisin fəaliyyəti tamamiylə dayandırılıb.

Hücumçu polis tərəfindən saxlanılıb amma hələ onun kimliyi və niyyəti barədə məlumat yayılmayıb.