May 01, 2018 15:13 Asia/Baku
  • İnqilab Rəhbəri bəzi məhkumların əfvi və cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.
    İnqilab Rəhbəri bəzi məhkumların əfvi və cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Höccət İbn əl-Həsənin viladəti və şəban bayramları münasibəti ilə ictimai və inqilab məhkəmələrində azadlıqdan məhrum edilən məhkumların əfvi və cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, şəban bayramları və bəşəriyyət aləminin xilaskarı Həzrət Höccət İbn əl-Həsənin səadətli viladətinin ildönümü ərəfəsində İslam İnqilabının Böyük rəhbəri ictimai və inqilab məhkəmələri, hökumət dairələri və silahlı qüvvələrdə mühakimə olunan 715 nəfərin əfvi, cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.

İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli Laricani İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda səadətli şaban bayramları münasibəti ilə Məhkəmə Hakimiyyətinin Mərkəzi Əfv və Bağışlanma Komissiyasında lazımi şəraitə malik olan məhkumlardan 715 nəfərin əfvi, cəzasının yüngülləşdirilməsi təklifini verib. Bu təklif İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tərəfindən razılıqla qarşılanıb.

Sabah 15 şaban 1439-cu hicri qəməri ili, 2 may 2018-ci il, şiələrin 12-ci imamı Həzrət Höccət İbn əl-Həsənin səadətli viladətinin ildönümü günüdür.

Teqlər