Ebtekar: Regiondan kənar ölkələr müsəlmanlar arasında təfriqə amilidirlər
https://azeri.sahartv.ir/news/İran-i305392-ebtekar_regiondan_kənar_ölkələr_müsəlmanlar_arasında_təfriqə_amilidirlər
İran İslam Respublikasının qadınlar və ailə məsələləri üzrə vitse-prezidenti deyib ki, regiondan kənar ölkələr müsəlmanlar arasında təfriqə amilidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2018 13:20 Asia/Baku
  • Ebtekar: Regiondan kənar ölkələr müsəlmanlar arasında təfriqə amilidirlər

İran İslam Respublikasının qadınlar və ailə məsələləri üzrə vitse-prezidenti deyib ki, regiondan kənar ölkələr müsəlmanlar arasında təfriqə amilidirlər.

Məsumə Ebtekar bu gün Cakartada "Mötədil İslam" mövzusunda keçirilən İslam dünyasının din alimlərinin beynəlxalq iclasının kənarında İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşdə əlavə edib: İslam ölkələri düşmənlərin təfriqəsalma mahiyyətli hərəkətləri barədə sayıq olmalıdırlar.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi də bu görüşdə deyib: Qadınların qüdrətlietmə bacarığı nəinki ailənin rifah durumunun yaxşılaşmasına səbəb olur, həm də zorakılıq və ifratçılıq ilə mübarizədə təsirli həll yoludur.

O, həmçinin İndoneziyanın İranla əlaqələrinin xüsusən enerji sahəsində genişlənməsini alqışlayıb.