May 07, 2018 07:37 Asia/Baku
  • Zərif: Avropa nüvə anlaşmasının qorunması üçün daha artıq səy göstərməlidir
    Zərif: Avropa nüvə anlaşmasının qorunması üçün daha artıq səy göstərməlidir

İranın xarici işlər naziri deyib ki, Avropa nüvə anlaşmasının qorunması və Amerikanın öhdəliklərinin yerinə yetirilməsi üçün daha artıq səy göstərməlidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda İsveç xarici işlər nazirinin müavini xanım Anika Soder ilə görüşdə İranın ABŞ prezidentinin nüvə anlaşması qarşısındakımövqeləri, eləcə də regional və beynəlxalq məsələlər barədəki baxışlarına toxunaraq vurğulayıb ki, Avropa nüvə anlaşmasının qorunması və Amerikanın öhdəliklərinin yerinə yetirilməsi üçün daha artıq səy göstərməlidir.

İsveç xarici işlər nazirinin müavini də nüvə anlaşmasının nailiyyətlərinin qorunmasını istəyib.

İranın xarici işlər naziri və İsveç xarici işlər nazirinin müavini həmçinin Yəmən olayları və Suriydakı cari durum ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər