May 09, 2018 17:44 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Nüvə sazişi haqda 3 Avropa ölkəsinə etimad etməyin
    İslam İnqilabının Böyük Rəhbəri: Nüvə sazişi haqda 3 Avropa ölkəsinə etimad etməyin

İslam İnqilabının Böyük Rəhbəri Əhatəli Müştərək Təşəbbüs Proqramının 3 Avropa ölkəsi ilə davam etdirilməsi barədə bəzi sözlərə toxunaraq deyiblər: 3 Avropa ölkəsi ilə müzakirə barədə onlara etimad etmək olmaz və hərhansı müqavilə üçün real və praktiki zəmanətlər alın yoxsa hərəkəti bu formada davam etdirmək olmaz.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər Müəllim Həftəsi münasibəti ilə Tehranın Pedagogiya Universitetində olub və minlərlə tələbə və müəllimin qarşısında etdiyi çıxışında ABŞ prezidentinin dünən axşamkı səviyyəsiz və yüngül sözlərinə toxunaraq deyiblər: Bu şəxs 10 aşkar yalandan əlavə, İran xalqı və islami quruluşu da təhdid etdi və mən İran xalqı tərəfindən ona deyirəm: "Siz qələt edirsiniz" . 

Həzrət Ayətullahül-üzma Xamenei bildirblər: Amerikanların davamlı, dərin və devrilişçi düşmənçilikləri, mənə yaxud ölkənin digər rəsmilərinə qarşı deyil, əslində islami quruluşun məcmusu və bu quruluşu seçən və bu yolda gedən xalqa qarşıdır.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın İranın müdafiə gücü və regional fəaliyyəti barədə bəhanələrinə toxunaraq vurğulayıblar: Sabah elan etsəniz ki, artıq raket istehsal etməyəcəyik, yaxud onların qət etdiyi məsafəni məhdudlaşdıracağıq, bu məsələ bitməyəcək və yəqin başqa bir bəhanəni ortaya atacaqlar, ona görə ki, onların bizimlə davası köklüdür və Amerika İslam Respublikasının özü ilə müxalifdir. 

Həzrət Ayətullahül-üzma Xamenei bu kəskin düşmənçiliyin əsas səbəbinin İslam İnqilabının qələbəsi və İslam Respublikasının qurulması və amerikalıların əlinin İrandan kəsilməsi olduğunu bildirərək deyiblər: Onlar quruluşu məhv etmək və bir daha önəmli ehtiyatlara və strateji mövqeyə malik olan İrana hökmranlıq etmək istəyirlər. 

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikalılar regionun bəzi hökmranları kimi sadəcə itaətkar olan nökərlər istəyirlər, amma İslam Respublikası özünün və İran xalqının izzətini onların gözünə çəkir və bu əzəmət və başıucalıq onlar üçün dözülməzdir. 

Həzrət Ayətullahül-üzma Xamenei Trampın bir neçə gün öncə Fars körfəzi ölkələrinin başçılarına göndərdiyi məktuba toxunaraq bildiriblər: ABŞ prezidenti bu məktubda həmin ölkələrə nə edib-etməmələri barədə təlimat verir. Onlar islami quruluşla da beləcə rəftar etmək istəyirlər, ancaq buna qadir deyillər. Ona görə ki, İslam Respublikası Qacar və Pəhləvi dövrlərində xalqın və ölkənin zillətini, izzətə, istiqlaliyyətə və müqavimətə çevirib və öz milli mənafeyindən geri oturmayacaq. 

İslam İnqilabının Böyük Rəhbəri Trampın çirkin və səviyyəsiz hərəkətinin gözlənilən olduğunu bildirərək deyiblər: İran xalqına qarşı o düşmənçilikləri edənlərin sümükləri indi torpağın altındadır, amma İslam Respublikası ayaqda durub. 

Teqlər