Ruhani: Amerikanın nüvə sazişindən çıxması və səfirliyini Qüdsə köçürməsi Vaşinqtonun iki tarixi səhvidir
May 15, 2018 17:59 Asia/Baku
İran İslam Respublikası prezidenti Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması və səfirliyini Qüdsə köçürməsinin bu ölkənin iki ən böyük tarixi səhvi olduğunu bildirib.
Həsən Ruhani bu gün Yeni Zelandiyanın Tehrandakı yeni səfiri Hamiş MakMasterin etibarnaməsini qəbul edərkən, beynəlxalq ictimaiyyətin Amerikanın nüvə sazişi və Qüds ilə əlaqədar iki səhvinə qarşı çıxdığını bildirərək deyib: ABŞ hökumətinin bu iki qərarının son dərəcə səhv və qeyri-dəqiq olduğu barədə tarix özü qərar verəcək.