Ruhaninin İstanbul sammitində çıxışı
İran İslam Respublikası prezidenti Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında 6 praktiki təşəbbüsü təklif edərək bütün müsəlmanlar və islam dövlətlərindən birləşərək Fələstində sionist rejimin işğalçılığına son qoymağa şərait yaratmağa çağırıb.
İran Prezident Aparatının informasiya portalının məlumatına görə, Həsən Ruhani cümə gecə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə iclasında Fələstindəki son prosesləri araşdırmaq üçün təklif edib ki, BMT-dən səfirliyinin Qüdsə köçürməsi ilə bağlı ABŞ hökumətinin qeyri-qanuni qərarını və sionist rejimin fələstinlilərə qarşı son cinayətlərini araşdırmaq üçün Baş Assambleyanın xüsusi iclasını keçirməsi istənilsin.
Ruhani həmçinin öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə bağlı ABŞ hökumətinin son qeyri-qanuni qərarı ilə beynəlxalq, regional və milli səviyyədə mübarizə yollarını dəqiq araşdırmaq və həll yolları tənzimləmək istiqamətindəİslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hüquqi, siyasi və iqtisadi mütəxəssislərindən ibarət işçi qrupunun təşkil olunmasını vurğulayaraq ABŞ və sionist rejim əleyhinə siyasi, iqtisadi və ticarət addımlarının atılmasını istəyib.
İran İslam Respublikası prezidenti Fələstin xalqına humanitar yardımların kollektiv şəkildə göndərilməsi üçün münasib həll yollarının yaradılmasını vurğulayaraq mübarək Ramazan ayının son cüməsinin bütün istlam ölkələri təqvimində Ümumdünya Qüds Günü kimi elan olunmasını qeyd edib.
Ruhani həmçinin öz təklifində əlavə edib: Sionist rejimin nüvə cəbbəxanası dünyada, xüsusilə də Qərbi Asiyada sülh və təhlükəsizlik üçün ciddi hədədir. Dəfələrlə İranın təklif etdiyi bu bölgənin nüvə silahlarından təmizlənməsi islam ölkələrinin prirotetində yer almalıdır.
İran İslam Respublikası prezidenti həmçinin sionist rejimin Fələstin ərazisini işğal etməsini islam dünyası üçün ən böyük təhdid adlandırıb və deyib: Sionistlər bütün dəyərləri təhqir etməklə dünya ictimaiyyəti ilə mübarizəyə qalxıblar.
Ruhani ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsi və fələstinlilərin sionist rejim hərbçiləri tərəfindən qırğın edilməsinə reaksiyada əlavə edib: ABŞ hökuməti səfirliyini Qüdsə köçürməklə fələstinlilərin qırğını üçün bu rejimə yaşıl işıq göstərdi.