May 20, 2018 09:09 Asia/Baku
  • Ruhani: İran xarici siyasətdə uğurlu olub
    Ruhani: İran xarici siyasətdə uğurlu olub

İran İslam Respublikası prezidenti dünən gecə Tehranda bir qrup xalq kütləsi ilə görüşündə İİR-nin xarici siyasət və bədxahlar qarşısında müqavimət baxımından uğurlu keçmişə malik olduğunu bildirərək deyib: Amerikanın İranı nüvə sazişindən dərhal çıxmağa təşviq etmək cəhdləri müvəffəqiyyətsizliyə uğradı.

İRNA-nın verdiyi məlumata görə, Həsən Ruhani deyib: Amerika Əhatəli Müşətərək Təşəbbüs Proqramından çıxan kimi, İranın işinin dərhal Təhlükəsizlik Şurasına gedəcəyi, bütün qətnamələr və sanksiyaların qayıdacağı və İran bütün dünya qarşısında tək qalacağını düşünürdü amma bu plan məğlubiyyətə uğradı. 

İİR prezidenti deyib: Bu gün dünya ABŞ prezidenti Donald Trampın ƏMTP-dən çıxmasını qeyri-qanuni və səhv hərəkət hesab edir, onun beynəlxalq sülh və təhlükəsizlyə zidd olduğunu düşünür və bu İranın uğurudur. 

Tramp 8 mayda İrana qarşı əsassız ittihamlarını təkrarlayaraq Vaşinqtonun nüvə sazişindən çıxdığını və İrana qarşı nüvə sanksiyalarının 3-6 ayadək bərpa ediləcəyini bildirdi. 

Trampın bu hərəkəti ABŞ daxilində və beynəlxalq səviyyədə geniş pislənildi. 

Nüvə sazişinin digər tərəfləri olan, Fransa, Britaniya, Rusiya, Çin, Almaniya və Avropa Birliyi bu beynəlxalq razılaşmanı dəstəkləyirlər. 

Teqlər