Tehranda 26-ci beynəlxalq Quran sərgisi öz işinə başlayıb
26-cı beynəlxalq Qurani Kərim sərgisi dünən gecə Tehranda "Quran; hidayət çilçirağı" adı altında öz işinə başlayıb.
İRNA-nın verdiyi məlumata görə, 26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri Əbdül-Hadi Fiqhizadə sərginin açılış mərasimində etdiyi çıxışında bu sərginin Quran ilə əlaqədar istedadların çiçəklənməsində əvəzedilməz rolunu vurğulayaraq deyib: Qurani Kərim Sərqisi heç şübhəsiz ki, islam dünyası səviyyəsində ən iri sərgilərdən biridir.
Fiqhizadə elmi və mədəni əsərlərin yaradılmasında istedadların yetişdirilməsi üçün cərəyanların yaradılmasını bu sərginin keçirilməsində nəzərdə tutulan digər məqsədlərdən biri olduğunu deyib.
26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri deyib: Qurani Kərim mədəni diplomatiya olaraq müsəlmanlar ona fəxr edir.
Quran sərgisinin beynəlxalq bölməsi isə yaxın günlərdə Türkiyə, Azərbaycan Respublikası, Rusiya, Malayziya və İraq kimi ölkələrin elm, mədəniyyət və sənət xadimlərinin iştirakı ilə öz fəaliyyətinə başlayacaq.