May 24, 2018 09:07 Asia/Baku
  • Ruhani: ABŞ rejim rəsmilərinin sözlərinin İran üçün yeniliyi yoxdur

İran İslam Respublikası prezidenti Ramazan ayını ilahi rəhmət ayı və müqavimət ayı adlandırıb və deyib: Ötən 40 il ərzində xalq sınaqdan çox əla şəkildə çıxmış və bütün eniş-yoxuşlarda quruluş, inqilab və milli mənafeni qorumuşdur.

Həsən Ruhani çərşənbə günü günortadan sonra ölkə və ordunun müxtəlif dairələrinin yüksək səviyyəli rəhbərləri, rəsmiləri və işçilərinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündə xatırladıb: ABŞ rejimi başçılarının bu gün dediklərinin İran xalqı üçün yeniliyi yoxdur. Çünki bu sözlər köhnə və 40 il öncəyə aiddir. 

İran prezidenti əlavə edib: Qeyri-qanuni rejim və bir neçə kiçik ölkə istisna olmaqla, bütün dünya ölkələri  ABŞ-ın nüvə sazişindən çıxmasına qarşı çıxdı. Bu isə İranın diplomatiya və hüquq səhnəsindəki qələbəsi mənasındadır. 

Bütün qərarlarda İslam İnqilabının Böyük Rəhbərinin hökumətin bələdçisi və istiqamətləndiricisi olduğunu bildirən Ruhani deyib: Hazırda nüvə sazişinin digər beş ölkəsi ilə müzakirə aparmaqdayıq. Onlar dildə və siyasi elanlarda özlərini nüvə sazişinə öhdəlikli hesab etsələr də, biz real olaraq onların hansı addım atacaqlarını görməliyik. 

İran İslam Respublikası prezidenti Çin və Rusiya liderləri və üç Avropa ölkəsi başçısı ilə gələn həftələrdə görüşəcəyini və əlaqə saxlayacağını bildirib və deyib: Bu beş ölkə İranın mənafeyi, xüsusilə də nüvə sazişi üzrə iqtisadi mənafeyini təmin edə bilərlərsə, nüvə sazişini ABŞ olmadan davam etdirəcəyik. Belə olmazsa, lazımi qərarı verəcək və İran nüvə sazişi ilə və ya nüvə sazişi olmadan çox gözəl idarə olunacaq. 

İran İslam Respublikası prezidenti həmçinin ABŞ-ın son hərəkətləri nəticəsində İran xalqının birləşməsi və vahid səs olmasını böyük nailiyyət adlandırıb və deyib: Heç şübhəsiz İran xalqı daha vahid şəkildə İslam İnqilabının Böyük Rəhbərinin arxasında dayanıb və heç bir qüdrət bu böyük xalqı diz çökdürə bilməz. 

Teqlər