İnqilab Rəhbəri Xatəmül-Ənbiya(s.ə.s) qərargahına yeni komandan təyin ediblər
https://azeri.sahartv.ir/news/İran-i310104-İnqilab_rəhbəri_xatəmül_Ənbiya(s.ə.s)_qərargahına_yeni_komandan_təyin_ediblər
İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı həzrət Ayətullühülzma Xamenei general-mayor Əlirza Səbahifərdi Xatəmül-Ənbiya(s.ə.s) hava hücumundan müdafiə qərargahının yeni komandanı təyin ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 17:04 Asia/Baku
  • İnqilab Rəhbəri Xatəmül-Ənbiya(s.ə.s) qərargahına yeni komandan təyin ediblər
    İnqilab Rəhbəri Xatəmül-Ənbiya(s.ə.s) qərargahına yeni komandan təyin ediblər

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı həzrət Ayətullühülzma Xamenei general-mayor Əlirza Səbahifərdi Xatəmül-Ənbiya(s.ə.s) hava hücumundan müdafiə qərargahının yeni komandanı təyin ediblər.

Həzrət Ayətullahlüzma Xameneinin fərmanında deyilir: Hava hücumundan müdafiə qüvvələrinin daha artıq inkişaf etdirilməsi və gücləndirilməsi ilə  yanaşı, düşmənin hədəf məqsədlərini tanımaq, təlimləri artırmaq, təchizatların günün tələblərinə uyğun şəkildə yenilənməsi və onlardan maksimum istifadə, ayıqlıq və hazırlıq, müxtəlif müdafiə metodlarından istifadə edərək, istənilən şəraitə hazır olmaq, anlayış və təcrübə mübadiləsi ilə güclərin daha da artırılması, iran ordusu və digər əlaqədar bölmələr ilə əməkdaşlıq reallaşması gərəkən gözləntilərdir.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, general-mayor Fərzad İsmailiyə Xatəmül-Ənbiya(s.ə.s) hava hücumundan müdafiə qərargahına komandanlıq etdiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.