May 31, 2018 09:29 Asia/Baku
  • İnqilab Rəhbəri: Fars şeirinin iffətli, hikmətamiz və ümidverici olaraq qalmasına çalışın

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tarix boyu fars şeirinin "iffət və təvazökarlıq" şeiri olduğunu deyərək, fars şeirindəki bu iffət və paklığın qorunmasına səy göstərilməsini istəyiblər.

Şiələrin ikinci imamı həzrət İmam Həsən(ə)-ın mövlud günü axşamında bir qrup fars dili və ədəbiyyatı mütəxəssisi habelə, bir qrup şair İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər. 

İnqilab Rəhbəri ofisinin informasiya portalının verdiyi məlumata görə, bu görüşdə İnqilab Rəhbəri ədalət, müqavimət və əxlaqi dəyərlərə rəvac verilməsi kimi məsələlər barədə dialoq və mübahisələrin ortaya atılmasını şairlərin əsas vəzifələrindən biri adlandırıb və deyiblər: Fars şeri daim hikmət və əxlaq ilə yanaşı olaraq, təfəkkür və ümidin formalaşmasında təsirli rol oynayıb. 

İnqilab Rəhbəri inqilab ilə müxalif olanların şeiri öz yolundan yayındırmağa və şeiri dayaz düşüncələrə və mənasız məsələlərə sövq etdirməyə çalışdıqlarına işarə edərək, deyiblər: Bu səylərin müqabilində hikmət, ciddi olmaq, səy, nəzm, dərin düşüncə və düşmən qarşısında mücahidət kimi məsələlər şeirlərdə daha qabarıq formada göstərilməlidir. 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, gözəl musiqi və təranələri ictimaiyyətin əhval-ruhiyyəsinin artırılmasında faydalı və təsirli adlandırıb və deyiblər: Xalqın şerə olan marağını ictimaiyyətin ehtiyac duyduğu anlamların ən sadə və anlaşılan formada ötürülməsi üçün dəyərləndirmək lazımdır. 

Teqlər