İyun 04, 2018 17:45 Asia/Baku
  • İslam inqilabı beynəlxalq balansı pozdu
    İslam inqilabı beynəlxalq balansı pozdu

Ümumdünya əhli-beyt assambleyasının baş katibi deyib: İran islam inqilabı beynəlxalq balansı tamamiylə pozdu və şərq və qərbi məhv olmağa doğru sürüklədi.

İRNA-nın verdiyi məlumata görə, Höccətül-islam Məhəmməd Həsən Əxtəri dünən gecə İran İslam Respublikasının banisi həzrət imam Xomeyninin(r.ə) vəfatının ildönümü axşamında Urmiyədə etdiyi çıxışında İmam Xomeyninin(r.ə) rəhbərlik etdiyi İran islam inqilabının inkaredilməz təsir gücünə toxunaraq deyib: islam inqilabından sonrakı dövrdə dünya müsəlmanlarına 500 milyon nəfər əlavə olub və bu rəqəmin gözə çarpacaq hissəsi islam inqilabına xatirdir. 

Ümumdünya əhli-beyt assambleyasının baş katibi islam inqilabının öncəyə qədər İranın 80 min amerikalı hərbi müşavir tərəfindən idarə olunduğunu bildirərək deyib: Bu gün İslami İran iqtidarla qərb və Amerika qarşısında dayanıb və onlara qarşı əzəmətlə öz hüququnu müdafiə edir. 

Bu gün xordad ayının 14-ü iyunun 4-ü İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) dünyasını dəyişməsindən 30 il ötür. 

Teqlər