İyun 09, 2018 19:49 Asia/Baku
  • Ruhani: Regionun inkişafı üçün Əfqanıstanda sabitlik və təhlükəsizliyin olması bir zərurətdir
    Ruhani: Regionun inkişafı üçün Əfqanıstanda sabitlik və təhlükəsizliyin olması bir zərurətdir

İran İslam Respublikası prezidenti Əfqanıstan prezidenti ilə görüşdə Tehranın daim Əfqanıstanda sülh və sabitliyi dəstəklədiyini bildirib və deyib: Əfqanıstanın təhlükəsizliyə və sabitliyə malik olması regionun inkişafı üçün bir zərurətdir.

Həsən Ruhani şənbə günü axşam Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

İran prezidenti Əşrəf Qəninin Əfqanıstanda atəşkəsin elan edilməsi üzrə təşəbbüsünü alqılayıb və deyib: Ümid edirəm daxili müzakirələr yolu ilə Əfqanıstanın daha artıq inkişaf etməsinin şahidi olaq.

Ruhani narkotik maddələrin istehsalı və qaçaq edilməsi habelə, terrorçular ilə mübarizənin aparılmasını vacib adlandırıb və deyib: Region ölkələrinin əməkdaşlığı ilə narkotik maddələrin istehsalı və qaçaq edilməsi habelə, terrorçular ilə mübarizə aparmaq lazımdır.

İran İslam Respublikası prezidenti Tehran və Kabil arasındakı əlaqələrin bütün sahələr üzrə genişləndirilməsini də müsbət qarşılayıb və deyib: Tranzit və region ölkələrinin o cümlədən Mərkəzi Asiya ölkələrinin Fars körfəzinə qovuşdrulması böyük əhəmiyyət kəsb edir və bu məsələ region ölkələrinin inkişafına kömək edəcək.

Ruhani həmçinin deyib: İran, Hindistan və Əfqanıstan tərəfindən birgə icra olunan böyük Çabəhar limanı layihəsi regionda tranzit marşrutlarının möhkəmləndirilməsi istiqamətində atılan u ğurlu addımdır.

Əfqanıstan prezidenti Əşrəf Qəni də bu görüşdə İran ilə əməkdaşlıqların genişləndirilməsini Əfqanıstanın milli maraqlarından adlandırıb və iki ölkənin makro əməkdaşlıq sənədinin ən qısa zamanda hazırlanmasını istəyib və deyib: İki qonşu ölkə arasındakı iqtisadi əməkdaşlıqlar daha artıq sürətlə davam etdirilməlidir.

Əfqanıstan prezidenti Taliban ilə atəşkəsin elan edilməsinə və atəşkəsin bu qruplaşma tərəfindən qəbul olunmasına işarə edərək, deyib: Ümid edirəm İranın dəstəyi ilə Əfqanıstanda inkişaf və təhlükəsizlik prosesi uğurla həyata kçeirilsin.

Teqlər