İyun 14, 2018 17:34 Asia/Baku
  • İnqilab Rəhbəri məhkumlardan bir qrupunun cəzasının əfv olunması və azaldılması ilə razılaşıblar

Səadətli Fitr bayramı ərəfəsində Həzrət Ayətullahuluzma Xamenei ümumi və inqilab məhkəmələri, Hökumət Sanksiyaları Təşkilatı və İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatı məhkumlarından 537 nəfərin cəzasının əfv olunması və azaldılması ilə razılaşıblar.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadeq Amoli Laricani səadətli Fitr bayramının gəlib çatması münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanlayıb. O, bu məktubda Əfv və Bağışlanma Komissiyasında şəraitə uyğun bilinmiş məhkumlardan 537 nəfərin cəzasının əfv olunması və azaldılması təklifini vermişdi ki, bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən razılıqla qarşılanıbdır.

Əksər dünya ölkələrində sabah 1439-cu hicri qəməri ili şəvval ayının biri, səadətli Fitr bayramıdır.

Teqlər