İyun 16, 2018 17:04 Asia/Baku
  • Əmirəbdollahiyan: Səudlar yəmənliləri təslim etmək istəyirlər
    Əmirəbdollahiyan: Səudlar yəmənliləri təslim etmək istəyirlər

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Yəməndə savaşın davam etməsinin insan faciəsi haqda xəbərdarlıq edib.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan səud təcavüzkarlarının Yəmənə təcavüzünün şiddətlənməsinə və bu ölkənin qərbində yerləşən Əlhudəydə limanını işğal etməyə çalışmalarına reaksiyada deyib: Ərəbistan, Əmirliklər, Amerika və sionizmin savaşı nəticəsində yaranmış insan faciəsi baş alıb gedir.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi əlavə edib: Şübhə yoxdur ki, təcavüzkarlar Yəmənin döyüş meydanında uduzublar, amma onlar Əlhudəydə limanını işğal etmək və əhalinin suyu və çörəyini kəsməklə Yəməni təslim olmağa vadar etmək istəyirlər.

Səud rejiminin və əmirliklərin hərbçiləri Yəmənin qərbində yerləşən Əlhudəydə limanını qəsb etmək üçün bir ay bundan öncədən bir əməliyyata başlayıblar.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas yoldur.

Yəmənin ordu və xalq komitələri qüvvələri də son günlər təcavüzkarlara ağır zərbələr endirə biliblər. Son günlər səud rejiminin və əmirliklərin hərbçilərindən yüzlərlə nəfər Əlhudəydədə məhv edilibdir.

Ərəbistan ABŞ, Əmirliklər və sionist rejimin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.

Ərəbistan, Əmirliklər ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatını itirməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və onun müttəfiqləri Yəmən xalqının müqaviməti nəticəsində indiyədək bu ölkədə öz hədəflərinə çata bilməyiblər.

Teqlər