Ruhani Qətər əmirinə: Tehran Dohanın kənarında durmaqda davam edəcək
İran İslam Respublikasının prezidenti Qətər əmiri ilə telefon söhbətində ikitərəfli münasibətlərin genişlənməsini alqışlayaraq, vurğulayıb: Qətər ilə əlaqələrin genişlənməsi üçün heç bir maneə mövcud deyil və Tehran Dohanın kənarında durmaqda davam edəcək.
Həsən Ruhani bu gün Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə telefon söhbətində Qətərin xalqı və dövlətinin ədalətsiz mühasirə, təhdidlər və təzyiqlər qarşısındakı müqavimətini alqışalayiq adlandırıb. Bildirib ki, İran İslam Respublikası Qətərə qarşı mühasirəni ədalətsiz, həmçinin region ölkələri arasında daha çox təfriqə və gərginlik amili hesab edir.
İran prezidenti vurğulayıb ki, Tehranın siyasəti, ixtilaflara son qoymaq üçün region ölkələrilə anlaşma və dialoqdur. O, regionda sabitlik və təhlükəsizliyin yaradılmasına səyi bütün region ölkələrinin xeyrinə adlandırıb və bildirib ki, İran İslam Respublikası bəzi region ölkələrinin avantürist siyasətlərini qeyri-düzgün sayır və bu prosesin davam etməsi şübhəsiz, regionda, o cümlədən Fələstin, Suriya və Yəməndə mövcud olan problemləri daha da artıracaqdır.
Ruhani həmçinin Yəmən böhranının hərbi həll yolunun olmadığını bildirib. Əlhudəydə limanına qarşı son hücumların Yəməndə insan faciəsinin formalaşmasına səbəb olduğunu qeyd edib. Xatırladıb ki, bu döyüşlərin davam etməsi yoxsul Yəmən xalqını üzücü təzyiqə məruz qoyub və hamının vəzifəsi, bu məzlum xalqa yardım etməkdir.
Qətər əmiri də bu telefon danışığında Qətərin mühasirəsi məsələsində İran İslam Respublikasının mövqeyini yüksək dəyərləndirib. Bildirib ki, Doha bu mövqeləri heç vaxt unutmayacaqdır. O, deyib: Qətər regiondakı bütün ixtilafların yalnız dialoq yolu ilə həllinə təkid edir və heç bir ölkə öz baxışını başqa ölkələrə qəbul etdirə bilməz.