İyun 20, 2018 19:03 Asia/Baku
  • İran AET-nin sədri Norveçin nüvə təhlükəsizliyi mərkəzinə baxış keçirib
    İran AET-nin sədri Norveçin nüvə təhlükəsizliyi mərkəzinə baxış keçirib

Oslo forumunda iştirak etmək üçün Norveçin rəsmi dəvəti ilə bu ölkədə səfərdə olan İranın Atom Enerjisi Təşkilatının sədri Norveçin nüvə təhlükəsizliyi mərkəzinə baxış keçirib və bu mərkəzin rəhbərliyi və mütəxəssisləri ilə görüşüb.

İRİB-in verdiyi məlumata görə, İİR AET-nin sədri Əliəkbər Salehi bu gün keçirdiyi bu baxışda İranın nüvə sazişindən sonra nüvə təhlükəsizliyi sahəsindəki beynəlxalq fəaliyyətlərini, eləcə də Avropa Birliyi ilə bu sahədəki əməkdaşlıqlarını şərh edərək İran və Norveçin nüvə təhlükəsizlik mərkəzləri arasında əlaqələrin yaradılmasını, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini təklif edib və bu təklif Norveç tərəfindən rəğbətlə qarşılanıb. 

Norveçin nüvə təhlükəsizliyi mərkəzinin rəhbəri Ole Harbitz də nüvə təhlükəsizliyi mərkəzinin vəzifələrini şərh edib, Norveçin nüvə hadisələri ilə qarşılaşma sahəsindəki təcrübələrindən danışıb. 

Əliəkbər Salehi bazarertəsi günü Norveç dövlətinin rəsmi dəvəti ilə bu ölkədə keçirilən Oslo Forumunda iştirak etmək üçün bir heyətə başçılıq edərək Norveçə səfər edib. 

Oslo Forumu hər il dünyadakı toqquşmaların araşdırılması, onlara son qoyulması məqsədi ilə həll yollarının təqdimi məqsədi ilə vasitəçilər, beynəlxalq ekspertlər, sülh müdafiəçiləri və vasitəçilərin iştirakı ilə təşkil olunur. 

 

Teqlər