İyun 21, 2018 13:31 Asia/Baku
  • Ruhani: İRİB düşmənin psixoloji müharibəsi ilə qarşılaşmada ön cəbhədədir

İran İslam Respublikası prezidenti deyib: İranın Radio və Televiziya Təşkilatı xalqın ümid və etimadına zərbə vurmaq istəyən düşmənlərin psixoloji müharibəsi ilə qarşılaşmada ön cəbhədə dayanır və bədxahların təzyiqi qarşısında müqavimət göstərmək üçün ictimai fikrin səfərbər olunmasının əsas amilidir.

Həsən Ruhani çərşənbə günü İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri, sədr müavinləri və direktorları ilə görüşdə Radio və Televiziya Təşkilatı məsul şəxslərinin çiyinlərində ağır məsuliyyətin olduğunu və bunu bilərək var-güclə öz vəzifələrini yerinə yetirdiklərini bildirərək deyib: Milli Media ümidin yaranması, ruh yüksəkliyi, birliyin gücləndirilməsində çox təsirli rola malikdir və müsbət təbliğatda vətəndaşların əksəriyyətinin müraciət etdiyi güclü qurumdur. 

Ruhani bildirib: Hazırda İran İslam İnqilabının dəyrələri dünyanın bir çox yerində effektiv olmuşdur və dünyanın bir çox ölkəsi və xalqı bu dəyərlərə ürək bağlayıb. Düşmənlər bu dəyərlərə qarşı məkrli planlar cızmaq ardıncadırlar. Səy və fədakarlıqla onların bu hərəkətləri qarşısında müqavimət göstərməliyik. 

İran İslam Respublikası prezidenti hökumət, parlament və İslam Respublikası quruluşunun digər qurumlarının xalqın yanında İnqilab Rəhbərinin istiqamətləndirmələri ilə problemlərə qalib gələcəyinə və düşmənləri məyus edəcəyinə toxunaraq deyib: Düşmənlərin bədxahlığı və məkrli planları qarşısında möhkəm şəkildə dayanarıqsa, heç vaxt İran xalqı və quruluşuna zərbə vura bilməzlər. 

Teqlər