İyun 28, 2018 13:56 Asia/Baku
  • Ruhani: Bədxahlar İran xalqı qarşısında təslim olacaqlar

İran İslam Respublikası prezidenti bildirib: Düşmənin təhdidini dəf etməli və fürsətə çevirmək lazımdır. Çünki bədxahlar İran xalqı qarşısında qısa müddətdə təslim olacaqlar.

Həsən Ruhani cümə axşamı günü İranın cənubunda Bəndər Abbasda dünyanın ən böyük qaz kondensantları zavodu olaraq Fars Körfəzi Ulduzu Zavodunun 2-ci fazasının açılış mərasimində bildirib: Hazırda tarixin önəmli dövrlərindən biridir. Düşmənin təhdidi ilə mübarizə aparmalı, onun qarşısında durmalı və onu fürsətə çevirmək lazımdır.

İran prezidenti sanksiya və təzyiqi dünyanın zorakı qüdrətləri qarşısında yaradıcılıq, ixtira və istehsal üçün fürsət adlandırıb və deyib: İranın strateji təhlükəsizliyi və mövqeyi çox önəmlidir. İranın hazırkı vəziyyətini regionun bəzi ölkələri, hətta Fars körfəzinin cənubundakı bəzi ölkələrlə müqayisə etdikdə, İranın şəraiti çox yaxşıdır.

Ruhani əlavə edib: Fars körfəzinin cənubunda yerləşən ölkələr ABŞ-ın bölgədəki iştirakı üçün ildə 9 milyard dollar ödəyirlər. Belə ki, ABŞ regiondakı iştirakı və qeyri-qanuni mənafeyini təmin etmək üçün bəzi ölkələri qarət etsin.

İran prezidenti həmçinin ABŞ prezidentinin İran əleyhinə addımları və bu ölkənin nüvə sazişindən çıxmasına toxunub və deyib: Bu ölkədə iqtidara gələnlər heç nə qarşısında öhdəlik götürməyib və onlar üçün heç bir sazişin dəyəri yoxdur.

Hazırda ABŞ vətəndaşlarının yarısının hökumətləri və Ağ Evdən narazı olduğunu bildirən Ruhani əlavə edib: Düşmənlərin bədxahlıqlarının xərcini artırmaq və düşmənlərin məkrli planları qarşısında müqavimət göstərməklə İran xalqının iradəsi qarşısında onları yormaq lazımdır.

Teqlər