Ruhaninin Avropa səfəri İranı təcrid siyasətinin məğlubiyyətidir
İyul 01, 2018 14:44 Asia/Baku
İranın Berndəki səfiri İran İslam Respublikası prezidentinin İsveçrə və Avstriya ölkələrinə gözlənilən səfərinin Amerikanın İranı dünya səviyyəsində təcrid etmək cəhdlərinin məğlubiyyətinin əlaməti hesab edib.
İİR prezidenti Həsən Ruhani İsveçin prezidenti Alen Bersetin dəvəti ilə sabah bu ölkəyə iki günlük səfərə çıxacaq və sonra Avstriyaya gedəcək.
İranın Berndəki səfiri Məhəmmədrza Hacı Kərim Cəbbari bu gün İRNA-ya verdiyi müsahibəsində bu səfərin İranın beynəlxalq səviyyədəki rolunun əhəmiyyətini göstərdiyini xatırladıb və deyib: İran bütün regional və beynəlxalq cəhətlərdə təsirli rola malikdir.