İyul 03, 2018 20:53 Asia/Baku
  • İran və İsveçrə prezidentləri nüvə sazişinin qorunmasını vurğulayıblar
    İran və İsveçrə prezidentləri nüvə sazişinin qorunmasını vurğulayıblar

İran və İsveçrə prezidentləri böyük siyasi nailiyyət olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmasını vurğulayaraq bu sazişin qorunmasını beynəlxalq sülh və təhlükəsizliyin xeyrinə adlandırıblar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günortadan sonra İsveçrə prezidenti Alain Bersetlə birlikdə Bern şəhərində keçirilən mətbuat konfransında iki tərəfi maraqlandıran önəmli məsələlərdən birinin nüvə məsələsi, bütün ölkələrin bu beynəlxalq sazişə, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə hörmətlə yanaşmalarının vacibliyi olduğunu qeyd edərək bildiriblər: İran nüvə sazişində mənafeyi təmin olunduğu və lazımi zəmanətləri aldığı zamanadək nüvə sazişində qalacaq. 

Ruhani ABŞ rəsmilərinin İran əleyhinə cəfəngiyyatlarına toxunaraq deyib: İran istisna olmaqla hamının neft ixrac etməsi təsəvvürü yanlış və məntiqsizdir. 

İsveçrə prezidenti də ölkəsinin nüvə sazişinin icrasına sadiq qaldığını bildirərək deyib: Nüvə sazişi bir neçə ölkə tərəfindən imzalanıb, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə dəstəklənir, bu sazişin qorunması və davam etməsi üçün ikitərəfli əməkdaşlıq çox önəmlidir. 

Teqlər