İyul 04, 2018 13:18 Asia/Baku
  • Avstriya prezidenti rəsmən İran prezidentini qarşılayıb
    Avstriya prezidenti rəsmən İran prezidentini qarşılayıb

Avstriyada səfərdə olan İran İslam Respublikası prezidenti rəsmən avstriyalı həmkarı tərəfindən qarşılanıb.

Avstriyanın yüksək səviyyəli rəsmiləri ilə görüşüb danışıqlar aparmaq üçün bu ölkəyə səfər edən İran prezidenti Həsən Ruhani çərşənbə günü rəsmən Avstriya prezidenti Aleksandr Van Der Bellen tərəfindən Hafenburq sarasında qarşılanıb. 

Rəsmi qarşılama mərasimində iki ölkənin milli himni səsləndirilib. Daha sonra prezidentlər xüsusi qaravul dəstəsinin önündən keçiblər. İki ölkənin yüksək səviyyəli rəsmilərinin təqdim olunmasının ardınca isə Həsən Ruhani və Aleksandr Van Der Bellen arasında görüş keçirilib. 

Həsən RUhani Avropa turnesinin davamında çərşənbə axşamı Vyanaya səfər edib. 

Avstriya prezidenti və kansleri ilə görüş, əməkdaşlıq sənədlərinin imzalanması və Avstriyada yaşayan iranlılar ilə görüş Həsən Ruhaninin Vyanaya olan səfərinin müxtəlif proqramlarıdır. 

Teqlər