İran Yaponiyada sel və yer sürüşməsi nəticəsində həlak olanların ailələrinin dərdinə şərik çıxıb
İyul 08, 2018 19:15 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Yaponiyada sel və yer sürüşməsi nəticəsində həlak olanların yaxınlarının dərdinə şərik çıxıb.
İran XİN sözçüsü Bəhram Qasimi bazar günü Yaponiyada onlarla nəfərin həlak olması və itkin düşməsi ilə nəticələnən sel və yer sürüşməsi təbii fəlakətindən təəssüf hissini bildirərək Yaponiya xalqı, dövləti və hadisədə həlak olanların ailələrinin dərdinə şərik çıxıb.
Yaponiyada güclü leysan yağışları və sel nəticəsində çoxlu sayda insan həlak olub və itkin düşüb.
Yaponiya rəsmiləri bildiriblər ki, sel və yer sürüşməsi nəticəsində həlak olanların sayı artmaqdadır. Belə ki, bu gün səhərə qədər həlak olanların sayı 60 nəfəri keçib və bu sayın artması ehtimal olunur.